Dünya şöhrətli aktyor Əlcəzairə KÖÇÜR
20.02.2018
Fransız aktyoru Jerar Depardye Əlcəzairə köçmək niyyətindədir. Bu barədə Parisien nəşri xəbər verir.
Tezliklə mən Əlcəzairdə yaşayacağam. Bu, çox gözəl ölkədir və mən Əlcəzair şəhərini seçdim deyə -müsahibə zamanı Depardye bildirib. O həm də, Əlcəzairin tarixi ilə maraqlandığını deyib və onu da qeyd edib ki, bu ölkənin böyük ağıla sahib sakinləri savadsız fransızlar tərəfindən zəbt edilmişdir. Aktyor həmçinin əlavə edib ki, hər yerdə bir az yaşayır Depardye həmçinin Belçika və Rusiya vətəndaşlığını daşıyır. Bundan öncədə aktyor dəfələrlə bəyan edib ki, o, dünya vətəndaşıdır.
"DM"