Lavrov: Amerika odla oynayır
20.02.2018
"Dövran Media” Rusiyanın Federal Xəbərlər Agentliyinə istinadən verdiyi məlumata görə, RF XİN başçısı Sergey Lavrov Birləşmiş Ştatları odla oynamamağa və Suriyada gələcək addımlarında diqqətlə olmağa çağırıb. Nazir bu bəyanatı Valday beynəlxalq diskussiya klubunun iclasında edib. O, Amerika tərəfini bu günün siyasi vəziyyətindən irəli gələn ehtiyaca görə deyil, Suriya xalqının uzunmüddətli maraqlarına əsaslanaraq düzgün addım atmağa səsləyib. Lavrov həmçinin bildirib ki, Rusiya ABŞ başda olmaqla Qərb koalisiyasının Suriyanı parçalamaq cəhdlərini həyəcanla izləyir. Rusiya xarici işlər naziri Sergey Lavrov müraciətındə, onları növbəti addımlarında diqqətli olmağa və odla oynamamağa çağırıb.