21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İlham Əliyev və Putindən Paşinyana DƏRS - FOTO + VİDEO

07.12.2018

Dekabrın 6-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfər edib.
"Dövran Media" xəbər verir ki, MDB dövlət başçıları qeyri-rəsmi zirvə görüşündən sonra Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik” baletinə baxıblar.
Məşhur Rusiya jurnalisti Dmitri Smirnovun tvitter səhifəsində yaydığı görüntülərdə Vladimir Putin prezidentlərin olduğu sıranın mərkəzində oturduğu görünür. Ondan sağda Azərbaycan Prezidenti İlham Əliyev, solda isə Belarus Prezidenti Aleksandr Lukaşenko əyləşib.
Həmçinin Putindən sağ tərəfdə Moldova lideri İqor Dodon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev yerləşib.
Rusiya saytlarının yaydığı bəzi fotolarda isə Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan görünmür. Amma bəzi fotolarda Paşinyanın mühafizəçilərlə birgə əyləşdirilməsi diqqətdən qaçmır.
Bu fotolardakı mənzərə əslində bir daha Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanın beynəlxalq nüfuzunun hansı səviyyədə olduğunu təsdiqlədi. Dünya liderləri, o cümlədən Vladimir Putin Azərbaycan Prezidentini nüfuzlu, xarizmatik və güclü lider kimi qəbul edir.
Bu foto bir daha sübut etdi ki, Paşinyanın nəinki dünyada, hətta MDB çərçivəsində heç bir nüfuzu yoxdur və o, bir siyasətçi kimi qəbul edilmir. Dediklərimizin təsdiqi üçün, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) bir mənbənin ötən ay söylədiklərini xatırlatmaq kifayətdir. KTMT-yə yaxın mənbə nəşrə bildirmişdi ki, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko Nikol Paşinyana etibar etmirlər, onun olduğu yerdə heç vaxt əhəmiyyətli mövzular haqqında danışmırlar.