Ukrayna Rusiya ilə sərhədə ordu yığır
06.12.2018
Ukrayna Rusiya ilə sərhəddə öz ordusunun sayını artırır.
"Dövran Media" xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində Ukrayna Prezidenti Pyotr Poroşenko paylaşıb. O bu addımı ölkənin müdafiə imkanlarının gücləndirilməsi üçün atdıqlarını bildirib.
Qeyd edək ki, Kerç insidenti ilə əlaqədar Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Hərbi vəziyyətin 30 gün müddətində davam edəcəyi bildirilib.