21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Polis məhkəmə qarşısında - BAKIDA

06.12.2018

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 
"Dövran Media"nın xəbərinə görə, artıq tərəflər cinayət işi materialları tanış olublar. 
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq. 
Qeyd edək ki, bu il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford” markalı avtomobil toqquşub. 
Qəza nəticəsində "Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.
Məlum olub ki, qəza baş verən zaman "Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.