Çavuşoğlundan sərt reaksiya: Əsəd bu addımı atarsa, kimsə bizi dayandıra bilməz
19.02.2018
Türkiyənin baş naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi və Bəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirib.
"Dövran Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bu sözləri İordaniyada səfərdə olan M. Çavuşoğlu mətbuat konfransında çıxış edərkən deyib. O, bildirib ki, "Zeytun budağı” əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir.
Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən M. Çavuşoğlu qeyd edib ki, əgər Əsəd rejimi PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur: "Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, kimsə bizi dayandıra bilməz”.
Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır.