İranda terror: Ölənlər var
06.12.2018
İranın Çabahar şəhərində polis bölməsinin yaxınlığında avtomobilin partladılması nəticəsində üç nəfər ölüb, 19 nəfər yaralanıb.
"Dövran Media" xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
İSNA xəbər agentliyinə danışan bir yüksək rütbəli məmur bildirib ki, hadisəni terrorçu kamikadze törədib. Bildirilir ki, ərazidə atışma sədaları hələ də davam edir.