Gömrük Xidmətinin eks-sədri Bakıda saxlanıldı
05.12.2018
Qırğızıstanın Dövlət Gömrük Xidmətinin keçmiş sədri Bakıda hava limanında saxlanılıb.
"Dövran Media" Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, Adamkul Junusov avqustun 28-də "vəzifə səlahiyyətlərindən sui istifadə” etməkdə ittiham edilərək Qırğızıstan tərəfindən beynəlxalq axtarışa verilib.
İqtisadi Cinayətlərlə Mübarizə üzrə Dövlət Xidməti də sabiq sədrin Azərbaycanda tutulmasını təsdiqləyib. Hazırda onun ölkəsinə ekstradisiyası istiqamətində işlər görülür.
Junusovun, ümumilikdə dövlətə 167 milyon som (təxminən 2,4 milyon dollar) məbləğində ziyan vurduğu bildirilir.