Hollivud rejissoru Kaşıkçı üçün İstanbulda - VİDEO
05.12.2018
Hollivud rejissoru Kaşıkçı üçün İstanbulda
Məşhur amerikalı aktyor və rejissor Şon Penn jurnalist Camal Kaşıkçının qətli ilə bağlı sənədli film çəkmək üçün İstanbulda səfərdədir.
"Dövran Media" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Penn Kaşıkçının öldürüldüyü Səudiyyə konsulluğunun İstanbuldakı binasında çəkiliş aparıb. Rejissorla birgə çəkiliş meydançasında 10 nəfər olub.
Rejissorun qətlə yetirilən jurnalistin nişanlısı ilə də görüşmək istədiyi deyilir.