Nazirlik 1200 nəfərə əlil arabası verib
05.12.2018
Bu ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 1200-ə yaxın əlil arabası verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Mərkəzin xətti ilə həmçinin fiziki məhdudiyyətli insanlara 1455 ədəd aşağı və yuxarı ətraf, habelə döş protezi, 1229 ədəd yuxarı və aşağı ətraf ortezi, 7995 ədəd müxtəlif reabilitasiya vasitəsi, 295 ədəd bel və boyun nahiyəsi üçün korset, 1796 cüt protez ayaqqabı, 3688 cüt ortopedik ayaqqabı, 594 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Bu təbəqədən olan insanlar həmçinin 2186 cüt qoltuqaltı və dirsəkaltı ağac, 2524 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, bu ilin 11 ayında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 8,2 min əlilliyi olan şəxsə (o cümlədən 956 nəfər Qarabağ müharibəsi əlilinə) və sağlamlıq imkanları məhdud uşağa 29,4 min müxtəlif reabilitasiya vasitəsi verilib/