Amerika səfirliyinin yerləşdiyi küçənin ADI DƏYİŞDİRİLDİ
19.02.2018
ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi "Nevzat Tandoğan” küçəsinin adı dəyişdirilib.
"Dövran Media" "NTV”-yə istinadən verdiyi xəbərə görə, küçəyə Türkiyənin Afrində apardığı əməliyyatın adı olan "Zeytun Budağı” adı verilib.
Qeyd edək ki, Türkiyə 20 Yanvar 2018-ci il tarixində PKK terror təşkilatının Suriya qolu PYD/YPG ilə mübarizə aparmaq üçün Afrində əməliyyatlara başlayıb.