Nazir Məmməd Musayevin oğluna vəzifə verdi
05.12.2018
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
"Dövran Media" xəbər verir ki, bu barədə Unikal.org-a sözügedən xidmətdən məlumat verilib.
O bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.
Qeyd edək ki, Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.