21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“SSRİ vətəndaşları” ayağa qalxdı

05.12.2018

"Kamçatskenerqo” şirkəti özlərini "SSRİ vətəndaşları” təşkilatının üzvləri adlandıran Kamçatka sakinlərindən elektrik enerjisinin pulunu ödəməyəcəkləri ilə bağlı məktublar alıb.
"Dövran Media" xəbər verir ki, bu barədə şirkətin rəsmisi Yelena Simayeva məlumat yayıb.
"Şirkətə istehlakçılar tərəfindən bəyanatlar gəlir. Onlar SSRİ qanunları ilə idarə olunduqlarını, hakimiyyətin xalqa məxsus olduğunu, xalqın isə istifadə etdiyi elektrik enerjisinə görə ödəniş etməyəcəyini bildirirlər”, - Simayeva bildirib.
Onun sözlərinə görə, məktubların bir hissəsi də özlərini "SSRİ-də doğulanların Həmkarlar İttifaqı” adlandıran təşkilatdan gəlir. Onlarda şəhadətnamələr, vəsiqələr və digər sənədlərin surətləri də var.
"Hazırda "Kamçatskenerqo” istehlakçılara bu cür təşkilatlara inanmamaq, elektrik enerjisinin pulunu vaxtında ödəməklə bağlı müraciət hazırlayır. Yoxsa, yığılan borclar cərimələrə və elektrik enerjisinin verilməsinin dayandırılmasına gətirib çıxaracaq”, - şirkət rəsmisi bildirib.
Simayeva bildirib ki, əvvəllər də şirkətə bu təşkilatların üzvlərindən məktublar gəlirdi, amma indi daha da fəallaşıblar.
Yerli polis isə heç kimin məsələ ilə bağlı onlara müraciət etmədiyini bildirib.
"Uzaq Şərq” enerji şirkətinin rəsmisi Olesya Qlot da onlara bu cür məktubların gəldiyini, amma kütləvi xarakter daşımadığını qeyd edib.