Koza Nostra mafiyasının lideri ələ keçirildi
04.12.2018
İtaliya polisi Siciliya adasında "Koza Nostra” mafiyasına qarşı xüsusi əməliyyat keçirib.
Dövran Media xəbər verir ki, əməliyyat zamanı mafiyanın 46 üzvü həbs edilib. Həbs olunanlar arasında 80 yaşlı zərgər Settimino Mineo da var. Polis onun mafiyaya rəhbərlik etdiyini bildirib.
Mineonun mafiyaya cari ilin 29 mayından başçılıq etdiyi vurğulanıb.
Qeyd edək ki, "Koza Nostra”nın keçmiş rəhbəri Salvador Toto Rina 2017-ci ildə həbsxanada vəfat edib.