ABŞ vasitəçi ola bilməz - Abbas
03.12.2018
ABŞ-ın hazırkı rəhbərliyi İsrail-Fələstin münaqişəsinin tənzimlənməsində əngələ çevrilib, Vaşinqton bu prosesdə yeganə vasitəçi ola bilməz.
"Dövran Media" xəbər verir ki, bu barədə Fələstin lideri Mahmud Abbas danışıb.
"Biz bu administrasiya ilə ortaq heç nə istəmirik. Onların beynəlxalq hüquqa zidd və vasitəçi rolu ilə uyğun gəlməyən heç bir planını qəbul etməyəcəyik”, - Abbas bildirib.
Onun sözlərinə görə, Tramp 2017-ci ildə Fələstin və İsrail arasında vasitəçi kimi çıxış etmək təklifi verib, ancaq Qüdsü İsrailin paytaxtı kimi tanıdığı zaman fikrini dəyişdirib.