Etirazlar Parisə 3 milyon avrodan çox ziyan vurdu
03.12.2018
Fransanın paytaxtı Parisdə ötən həftə sonu keçirilmiş etiraz aksiyaları və iğtişaşlar şəhərə 3 milyon avrodan çox zərər vurub.
Trend-in məlumatına görə, bu barədə Paris şəhər meriyası açıqlama verib.
Bundan əvvəl Fransanın İqtisadiyyat və maliyyə naziri Brüno Le Mer etiraz aksiyalarının ölkə iqtisadiyyatına ciddi ziyan vurduğunu bildirmişdi.
Xatırladaq ki, dekabrın 1-i baş vermiş iğtişaşlarda 130-dan çox şəxs xəsarət almışdı.