AB üzvlərinə çağırış: Avroya keçin!
03.12.2018
Avropa Komissiyası AB-dəki daha çox ölkənin avroya keçəcəyinə ümid edir.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovski deyib.
"Avro AB üçün valyuta olaraq nəzərdə tutulub. Biz gözləyirik ki, AB-nin daha çox ölkəsi avroya qatılsın”, – deyə o bildirib.
Qeyd edək ki, avro artıq 20 ildir mövcuddur. AB üzvlərindən yalnız 19-u avrozonanın üzvüdür.