Azərbaycanlı kikboksçu Zabit Səmədov Belarusun paytaxtı Minskdə növbəti döyüşünə çıxıb.
"Dövran Media" xəbər verir ki, Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Əhməd" klubunun təşkil etdiyi turnirin mərkəzi görüşündə "Mauqli” ləqəbli təmsilçimizlə rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.
Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokautla məğlub edib. Qələbəsinin mükafatı olaraq Səmədova səyahət talonu verilib.
***
Çeçenistan lideri Ramzan Kadırov Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədovu qələbə münasibətilə təbrik edib.
"Dövran Media" xəbər verir ki, Kadırov bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
"Zabit Səmədova və Çeçenistan Respublikası Kikboksinq Federasiyasının prezidenti Məhəmməd-Əmi Əhmədova yüksək səviyyəli təşkilatçılığa görə təşəkkürümü bildirir, qalibləri gözəl nəticələri münasibətilə təbrik edirəm. Uğurlarınızın davamlı olmasını arzulayıram" – o qeyd edib.