21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

On xəstədən səkkizində xərçəng aşkarlanır - AÇIQLAMA

03.12.2018

Rayon yeri olmasına baxmayaraq, müraciət edilən 10 xəstədən səkkizində xərçəng xəstəliyi aşkarlanır.
Bu barədə Şəki rayon Mərkəzi Xəstəxanasının Patositomarfologiya Laboratoriyasının həkim patomorfoloqu İntiqam Əmrahov məlumat verib.
O bildirib ki, Şəki və ətraf rayonlarda onkoloji xəstəliklərin təyin edilməsi üçün laboratoriya var:
"Xəstəxanada onkoloji xəstəliklərin hüceyrə (sitoloji) və toxuma (histaloji) səviyyəsində yoxlanılması üçün hər cür şərait yaradılıb. Regionda bu istiqamətdə yeganə laboratoriyadır. Əməliyyat zamanı orqanlarda aşkarlanan onkoloji, qeyri-onkoloji problemlərin dəqiqləşdirilməsi aparılır. 
Son bir neçə ildə regionda ən çox süd vəzi xərçəngi geniş yayılıb. Bundan başqa, kişilərdə prostat və bağırsaq xərçənginə, qadınlarda ginekoloji problemlərə daha çox rast gəlinir. Hətta qadınlarda müraciət edən 10 xəstədən səkkizində xərçəng xəstəliyi aşkar edirik. Azyaşlı uşaqlarda isə əksər hallarda xoşxassəli hemogemalara rast gəlinir.
Müraciət edən xəstələr arasında Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Mingəçevir bölgələrində yaşayan sakinlər olur. Rayon yeri olmasına baxmayaraq, xərçəng xəstəliyinin son vaxtlarda artmasının səbəbi ekoloji faktor, durğun həyat tərzi, qidalanma, həkim konsultasiyalarına laqeyd yanaşmadır”.