"Napoli” klubunun və Slovakiya yığmasının hücumçusu Marek Hamşik Avro-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.
"Dövran Media" xəbər verir ki, Hamşik Azərbaycanı qorxunc rəqib hesab etməyib.
"Ancaq bu komandanı dəyərləndirməmək düzgün deyil. Onlarla qarşılaşmalarda biz altı xal qazanmalıyıq”, - futbolçu deyib.
Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan Xorvatiya, Uels, Slovakiya və Macarıstanın yer aldığı E qrupunda çıxış edəcək.