Qətər OPEK-dən çıxır - gözlənilməz QƏRAR
03.12.2018
Qətər OPEK-dən (Neft İxrac Edən Ölkələr Birliyi) çıxacaq.
"Dövran Müedia" Trend-ə istinadən xəbər verir ki, Qətərin energetika Saad bin Şnida əl-Kabi naziri deyib ki, ölkəsi yanvar ayının 1-dən OPEK-dən çıxmağa hazırlaşır.
Qeyd edək ki, OPEK 1960-cı il sentyabrın 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb.
Qətərdən başqa İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola təşkilatın üzvüdür.
Xatırladaq ki, 2007-ci ildə İndoneziya OPEK-i tərk edib.