Ukraynanın "1+1” televiziyasının jurnalistləri Omsk vilayətində hərbi texnikanın yükləndiyi qatar platformalarının aşmasını əks etdirən videonu təqdim edib.
"Dövran Media" xəbər verir ki, videoda jurnalistlər xüsusilə aşan tankların bort nömrələrinə diqqət yetiriblər.
Tankların bort nömrələrinin Donbasa göndərilən tanklarda olduğu kimi rəngləndiyi müşahidə olunub. Jurnalistlər belə qənaətə gəliblər ki, bu tankları Moskva Ukraynaya göndərməyi planlaşdırıb.