Tiflisdə həbslər başladı: 5 ukraynalı yaxalandı
02.12.2018
Gürcü müxalifəti bu gün Tiflisin Rustaveli prospektindəkı parlament binası qarşısında etiraz aksiyası keçirəcək.
"Dövran Media" xəbər verir ki, aksiya yerli vaxtla saat 15:00-da başlayacaq.
Gürcüstan Daxili İşlər Nazirliyi artıq aksiya ilə bağlı bəyanat yayıb. Bəyanatda polisin hüquqi nizamı qoruyacağını deyilib. DİN həmçinin etirazçıları polisin tələblərinə cavab verməyə səsləyib. Aksiya zamanı istənilən qanun pozuntusunun dərhal aradan qaldırılacağı vurğulanıb.
Qeyd edək ki, gürcü müxalifəti prezident seçkisinin nəticəsini tanımaqdan imtina edib. Üstəlik müxalifətin mənəvi lideri sayılan Mixail Saakaşvili Gürcüstanın artıq prezidenti olmadığını, əhalini dinc itaətsizliyə çağırdığını və hökuməti təcili növbədənkənar parlament seçkisinə məcbur etməyə səslədiyini bildirib.
***
Gürcüstan polisi 5 ukraynalını həbs edib.
Bu məlumatı Gürcüstan mətbuatı yayıb. Yaxalananlar arasında Donbasda savaşan Luki Çxetiya adlı əslən gürcü də olub. Onun üzərində odlu silah aşkar edilib.
Ukrayna vətəndaşlarının "Alyans” otelində xüsusi əməliyyatla ələ keçirildiyi bildirilib. Onların Tiflisdəki aksiyalarda iştirak etmək üçün Gürcüstana gəldikləri vurğulanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi hələlik məsələni şərh etmir. Yaxalanan gürcünün yaxınları isə DİN-i provokasiyalarda ittiham edir.