Türkiyə loqosunu dəyişir
01.12.2018
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yeni təbliğat strategiyası çərçivəsində "Turkey Home” kampaniyası ətrafında formalaşan şüar və təxminən 18 ildir istifadə olunan "lalə” fiqurlu Türkiyə loqosunu dəyişdirmək üçün 2019-cu ilin yanvar ayında tender elan edəcək.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoyun göstərişi ilə işlərə start verilib.
Məlumata görə, tender yanvarın 8-də Almaniyanın paytaxtı Berlin şəhərində başladılacaq.