Parisdə nümayişlər zamanı 39 nəfər saxlanılıb - VİDEO
01.12.2018
Parisdəki nümayişlərdə polislə toqquşma zamanı saxlanılanların sayı 39 nəfərə çatıb.
"Dövran Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner Twitterdə məlumat verib.
Paytaxt polisinin prefekturasının rəsmi nümayəndəsi BFM telekanalına bildirib ki, Elise meydanı ətrafında 46 nəfər saxlanılıb.
***
Parisin 7 mərkəzi metro stansiyaları "sarı jiletlərin" yanacaq qiymətlərin artırılmasına görə etiraz aksiyaları səbəbindən bağlanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Paris Nəqliyyat İdarəsinin saytında bildirilir.
Xatırladaq ki, Fransada benzinin bahalaşması ilə bağlı kütləvi etiraz aksiyaları noyabrın 17-dən vüsət alııb. Keçən şənbə günü aksiyalarda 100 mindən çox insan iştirak edib.
Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti - 6,5 avrosent bahalaşacaq.
"Europe1" radiostansiyasının məlumatına görə, 2018-ci il ərzində dizel yanacağının qiyməti, təxminən, 23%, benzinin isə 15% qalxıb.