Prezident İlham Əliyev Trampa və Buşa məktub göndərdi
01.12.2018
Prezident İlham Əliyev Corc Buşun ölümü ilə əlaqədar ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.
"Dövran Media" məktubun mətnini təqdim edir:
"Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
***
İlham Əliyev həmçinin Amerika Birləşmiş Ştatlarının 43-cü Prezidenti Zati-aliləri cənab Corc Uoker Buşa başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Atanız - Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim.
Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.