Buldakov: Bakıya gəlməyi arzulayıram
01.12.2018
Mən Bakının məndə yaratdığı təəssürat altındayam.
"Dövran Media"nın məlumatına görə, bu fikirləri Media.az saytına müsahibəsində Rusiya Federasiyasının xalq artisti Aleksey Buldakov səsləndirib.
"Bu sadəcə istək deyil, Bakıya gəlmək mənim arzumdur”, - deyə aktyor bildirib.
Artistin sözlərinə görə, o sonuncu dəfə Bakıda 12-15 il əvvəl olub:
"Çəkilişlər var idi. Mənim indiyə qədər şəhər və insanlar barəsində xoş xatirələrim qalıb. Arzu edirəm Bakı daha da inkişaf etsin və ucalsın”, - deyə o müsahibəsində bildirib.