BMT-dən Fələstinə dəstək
01.12.2018
BMT Baş Assambleyası cümə günü Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib.
"Dövran Media" TASS agentliyinə istinadən xəbər verir ki, bütün sənədlər səs çoxluğu ilə qəbul edilib.
ABŞ, İsrail, Kanada və Avstraliya qətnamələrin əleyhinə səs veriblər.
Sənədlər Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçinin Yaxın Şərq probleminin nizamlanmasına kömək etməyi nəzərdə tutur.
Baş Assambleya, xüsusilə, "Fələstin probleminin sülh yolu ilə həll olunması” sərlövhəli qətnamədə bu istiqamətdə beynəlxalq səylərin gücləndirilməsinə çağırır və həmçinin Fələstin-İsrail münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə nail olmaq məqsədi ilə Moskvada beynəlxalq konfransın vaxtında keçirilməsini tələb edir.
Sənəd İsrailin Şərqi Qüds daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki bütün məskunsalma fəaliyyətinin tamamilə dayandırılmasını tələb edir və həmçinin israilliləri, o cümlədən dini ibadət yerlərində təxribatlara son qoymağa çağırır.