"Qrizmann Mbappe" qadağası
30.11.2018
Fransanın cənubunda yaşayan bir ailə yeni doğulan oğlan övladına ad seçimində orijinal varianta əl atıb.
"Dövran Media" xəbər verir ki, Fransa milisinin dünya çempionatındakı qələbəsini qeyri-adi yolla qeyd edən valideynlər uşağa millinin ən yaxşı futbolçularının adını vermək qərarına gəlib.
Onlar "Atletiko"nun hücumçusu Antuan Qrizmannın soyadını uşağa ad kimi seçiblər. Soyadı isə PSJ-nin hücumçusu Kilian Mbappenin soyadından götürülüb. Beləliklə iki ulduz futbolçunun adı birləşib - Qrizmann Mbappe. Lakin yerli hökumət valideynlərin "kəşfini" qəbul etməyib. Onlar hesab edib ki, uşağın hüquqları pozulub, gələcəkdə bu adı bəyənməyə bilər. Valideynlərə adı və soyadı dəyişmək tövsiyə olunub.