21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“İşləyən qadınlar kişilərin işini əlindən alır” - Azərbaycan kişilərinin fikri

30.11.2018

 Azərbaycanda kişilərin çoxu qadın hüquqlarının təşviqinə mənfi münasibətdədir.
"Dövran Media" "Report”-a istinadən  xəbər verir ki, bu, "UNFPA/AQUPDK (2018) Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”da qeyd edilib.
Hesabatda göstərilir ki, qadın hüquqlarını təşviq edən gender bərabərliyi və siyasətlərinə münasibət Azərbaycanda bir qədər qarışıq xarakter daşıyır. Sorğuda iştirak edən kişilərin 59.9 faizi, qadınların isə 48.3 faizi gender bərabərliyi istiqamətində yetərincə uğurun olduğunu bildirib. Əksəriyyət bərabərliyin təşviq edilməsi üçün daha çox işlərin görülməsi qənaətinbdədir.
Qadınlarla müqayisədə kişilərin böyük bir hissəsi "İşləyən qadınlar kişilərin işini əlindən alır”, "Qadınlar üçün hüquqlar kişi hüquqlarının itirilməsi deməkdir”, "Bərabərlik istiqamətində yetərincə irəliləyiş var” və ya "Bərabərliyə artıq nail olunub” kimi fikirlərlə razılaşıb.
"Yüksək rəqabətli və bir qədər qeyri-stabil əmək bazarı kontekstində "kişilik” anlayışının maddi təminatçı funksiyası ilə sıx əlaqəli olduğunu nəzərə alsaq, qadınların iş yerləri üçün rəqib olması barədə fikri daha çox işsiz və ya daimi işi olmayan kişilər üçün aktual olub. Tədqiqat nəticəsində daimi iş sahibi olmayan kişilərlə müqayisədə stabil işlə təmin olunduqlarını bildirən kişilər "əgər qadınlar işləyirsə, onlar kişilərin işini əlindən alır” fikrini daha az dəstəkləyib”, - hesabatda bildirilib.