Türkiyə Gürcüstandakı prezident seçkilərinin nəticələrindən razıdır
30.11.2018
Türkiyə Gürcüstanda keçirilən və Salome Zurabişvilinin qalib gəldiyi prezident seçkilərinin nəticələrini alqışlayır.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. "Dövran Media" Trend-ə istinadən xəbər veriri ki, məlumatda bu prezident seçkilərinin nəticələri Türkiyə və Gürcüstan arasında strateji münasibətlərin inkişafına müsbət təsir edəcəyi vurğulanır.
Qeyd edək ki,noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.
Salome Zurabişvili 2004-2005-ci illərdə Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışıb. 2016-cı ildə Gürcüstan parlamentinin deputatı seçilib. Cari ilin avqustunda müstəqil namizəd kimi prezident seçkilərinə qatılacağını bəyan edib. Sentyabrın əvvəlində isə "Gürcü arzusu” partiyası prezidentliyə namizəd irəli sürməyəcəyini və S.Zurabişvilini dəstəkləyəcəyini bildirib.