Trampın sabiq vəkilindən önəmli etiraf
29.11.2018
ABŞ prezidentinin sabiq vəkili Maykl Koen Donald Trampın Rusiya ilə əlaqələrinə dair iş üzrə Konqresə yalan məlumatlar verdiyini etiraf edib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Associated Press” məlumat yayıb.
Bildirilir ki, söhbət Koenin ABŞ Konqresinin komitələrində keçirilən dinləmələrdəki çıxışlarından gedir.
Koen Trampın Moskvada göydələnin inşasına dair planları barədə yalan məlumat verdiyini bildirib.