Maruan Fellaini “Qalatasaray”a keçir
17.02.2018
"Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini karyerasını Türkiyədə davam etdirəcək.
Məlumata görə, Belçika millisinin üzvü "Qalatasaray”la ilkin müqavilə bağlayıb.
Maliyyə problemləri üzündən azad agent statusu daşıyan oyunçularla maraqlanan "cim-bom”un "qırmızı şeytanlar”la müqavilə müddəti mövsümün sonuna qədər olan 31 yaşlı oyunçu ilə danışığı müsbət nəticələnib. Futbolçunun meneceri Türkiyəyə gələrək, klub rəsmiləri ilə bu keçidi müzakirə edib. İngilislərlə yeni saziş bağlamayan Fellaini uzunmüddətli müqavilə təklifinə görə, "sarı-qırmızılılar”a "hə” cavabını verib.
Onun yayda "Qalatasaray”la 4+1 illik müqavilə imzalaması gözlənilir.
"DM"