Türkiyədə Azərbaycan dili dərsi: Maraqlı tədris üsulu - VİDEO
29.11.2018
Türkiyə məktəblərindən birində şagirdlərə Azərbaycan dilini mənimsətmək üçün Azərbaycanca Sözlər Yarışması təşkil edilib.
"Dövran Media" xəbər verir ki, sözügedən yarışın videosunu onu təşkil edən müəllim Güvən Kara öz Yutub kanalına yerləşdirib.
Yarışma əsnasında Güvən Kara iki sıra halında dayanmış şagirdlərinə azərbaycanca sözlər deyir və onlar bu sözlərin türkcədəki qarşılığını tapırlar.
Diqqəti çəkən həm də Türkiyə təhsilindəki azyaşlı şagirdlərə fənni sevdirmək, uşaqlara dərsi əyləncə səviyyəsində öyrətmək və bütün sinfin dərsdə aktiv iştirakını təmin edə bilmək üçün istifadə edilən üsuldur.