Pompeo Qaşıqçının qətlində vəliəhdə dəstək verdi
28.11.2018
ABŞ Dövlət katibi Mayk Pompeo qətlə yetirilən jurnalist Camal Qaşıqçı ilə bağlı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana dəstək verib.
"Dövran Media" xəbər verir ki, Pompeo məqaləsində Salmanın İrana qarşı mövqeyini ön plana çəkib və Ər-Riyad rəhbərliyinin Misir və İsrail ilə sıx əlaqələr qurmasının əhəmiyyətindən yazıb.
Pompeo Trampın Qaşıqçı cinayətinə göz yummadığını və sözügedən qətllə bağlı 21 Səudiyyə Ərəbistanı vətəndaşının ABŞ-a girişin qadağan edildiyini, eləcə də Salmanın Qaşıqçı olayında düzgün davrandığını bildirib.