Ukrayna Rusiyaya nota verdi: Dərhal azad edilsin!
28.11.2018
Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Kerç boğazında saxlanılan ukraynalı dənizçilərə görə bu ölkəyə nota göndərib.
"Dövran Media" xəbər verir ki, rəsmi Kiyev Rusiyadan saxlanılan dənizçilərin sərbəst buraxılmasını tələb edib.
"Həbs edilən vətəndaşlar dərhal azad edilməli və təhlükəsiz şəkildə Ukraynaya qaytarılmalıdır", - bəyanatda qeyd edilib.