Avropa İttifaqı sərhədlərində pasportlara yalan detektoru nəzarət edəcək
28.11.2018
Avropa İttifaqı öz sərhədlərində daha bir yenilik tətbiq edəcək. Belə ki, pasport nəzarətinə yalan detektoru əlavə olunacaq.
"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, tezliklə İttifaq ölkələrinə gələn qonaqlar xüsusi kompüter proqramına daxil edilmiş suallara cavab verəcəklər. Polis formasında olan cizgi personajı vizanı, pasport və ödəmə qabiliyyəti üzrə məlumatları yoxlayacaq. Bununla yanaşı, bu animasiya "polisi” baqajın tərkibi və səyahətin məqsədi ilə də maraqlanacaq. Xüsusi proqram təminatı (yalan detektoru) vasitəsilə müsahib şəxsin söylədiklərinin doğru olub olmadığı müəyyən olunacaq.