O faciədən 2 il keçir
06.02.2025
2023-cü ilin fevralında baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasında göstərdikləri həmrəyliyə və köməyə görə Azərbaycan xalqına, qardaş ölkənin rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm.
Bu sözləri Türkiyənin Hatay şəhər bələdiyyəsinin sədri Mehmet Öntürk baş vermiş faciəsinin ikinci ildönümü ilə bağlı müsahibəsində deyib.
O bildirib ki, Türkiyənin ən cənub vilayətinin sakinləri Azərbaycanın dəstəyini heç vaxt unutmayacaq. O deyib: "Bu böyük fəlakət günlərində biz "Bir millət, iki dövlət” kəlamının təcəssümünün bir daha şahidi olduq”. M. Öntürk qeyd edib ki, Türkiyə və Azərbaycan həqiqətən də qardaş ölkələrdir.
Hatay şəhər bələdiyyəsinin başçısı bildirib ki, hadisədən iki il keçməsinə baxmayaraq vilayət və yerli hakimiyyət orqanları əhaliyə dəstək üçün addımlar atmağa davam edir.
"Hazırda Hatayda həyata keçirilən təxirəsalınmaz proqramlardan biri də zəlzələ nəticəsində əlil olmuş vətəndaşlara yardım etməkdir. Xeyriyyə təşkilatlarının köməyi ilə biz bu insanları pulsuz mənzillərlə təmin edirik”, - deyən Öntürk əlavə edib ki, əhalinin aztəminatlı və ehtiyacı olan təbəqələrinə dövlət tərəfindən dəstək bundan sonra da davam etdiriləcək.
Faciədən cəmi bir il sonra tikilmiş Hatay Təhsil və Araşdırma Xəstəxanasında 550 çarpayılıq tibb müəssisəsinin girişində 2023-cü il zəlzələsi zamanı dünyasını dəyişən xəstəxana işçilərinin fotoşəkilləri yerləşdirilib.
Vilayətdə əzalarını itirmiş Hatay sakinləri üçün Protez Mərkəzi də açılıb.