18 10 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyənin ən böyük təxliyə prosesi

10.10.2024


Türkiyə vətəndaşlarının Livandan təxliyəsinə başlayıb. Təxliyə gəmiləri bu gün səhər saatlarından Beyrutdan yola çıxıb.

Xarici İşlər və Milli Müdafiə nazirliklərinin koordinasiyası ilə icra edilən bu təxliyə prosesi Türkiyə tarixinin ən böyük əməliyyatlarından biridir.

Bununla bağlı sosial media hesabında açıqlama verən xarici işlər naziri Hakan Fidan bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyə vətəndaşlarını Livandan təxliyə edəcək gəmilər vasitəsilə, eyni zamanda, Livana humanitar yardımlar da çatdırıb. Türkiyə bölgədə yaşanan böhranlardan əziyyət çəkən mülki insanlara yardımlarını və öz vətəndaşlarını qorumağı davam etdirəcək. Təxliyə gəmilərini iki freqat və iki patrul gəmisi müşayiət edir. Türkiyənin yerli amfibiya gəmilərində, mülki şəxslərin sağlamlıq yoxlamaları da burada xidmət edən həkimlər tərəfindən aparılacaq.

Təxliyə prosesinə Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığına məxsus yerli amfibiya gəmiləri - "TCG Bayraktar” və "TCG Sancaktar” cəlb edilib.

Qeyd edək ki, Türkiyə bundan əvvəl 2006-cı ildə 34 gün davam edən İsrail-Livan müharibəsində öz vətəndaşlarını Livandan təxliyə edib. "TCG İskenderun” gəmisi 12 saat davam edən əməliyyatlardan sonra təxminən 1100 vətəndaşla birlikdə Türkiyəyə qayıdıb.