806 nəfər deputat olmaq üçün müraciət edib
19.07.2024
Milli Məclisə seçkilərdə iştirak etmək üçün 806 nəfər namizədliklə müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib.
O qeyd edib ki, 532 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
451 nəfər imza vərəqləri alıb. 31 nəfər isə imza vərəqlərini artıq qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb.