21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Bunun bir şilləlik canı yoxdur"

01.04.2024


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Emil Ağayevin məhkəmə prosesi davam etdirilib.

Emil Ağayev ev tikintisi adı ilə yeddi nəfərdən 300 min manata qədər dələduzluq yolu ilə pul alıb.

Qeyd edək ki, cinayət işində idmançı Kamil Zeynallı zərərçəkmiş qismində tanınıb. Ona qarşı 20 min manatlıq dələduzluq cinayət əməli törədilib. Kamil Zeynallı ziyanı ödənilməsə də, 20 min manatı Emilə bağışladığını bildirib:

"Sən nə qədər pulsuz insanların ümidlərini puç edəcəksən, mən istəmirəm, qoy getsin həbsə”.

Təqsirləndirilən isə zərərçəkənə qarşı mülki iddia ilə çıxış etdi:

"Kamil Zeynallını tanıyandan sonra biznesim çöküb. Kamil Zeynallı şoumendir. Bu, qaziləri mənim qapıma göndərirdi”.

Hakim digər zərərçəkənlərdən onlara qarşı Kamil tərəfindən təzyiq olduğunu soruşub. Zərərçəkənlər heç bir təzyiqin olmadığını bildiriblər.

Onda Kamil Zeynallı təqsirləndirilən şəxsə üz tutub:

"Bunun bir şilləlik canı yoxdur, yalan danışır. Arvad-uşağını camaatın qabağına niyə çıxarırdın?”

Sonra digər zərərçəkənlər dindiriliblər.