Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi
28.11.2018
"Resmi gazete” qəzetində dərc etdiyinə görə,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.
Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Argentina və Paraqvaya səfəri ilə əlaqədar atılıb. Bildirilir ki, səfər noyabrın 28-də başlayıb və dekabrın 4-dək davam edəcək.
Xatırladaq ki, sonuncu dəfə türkiyəli lider Macarıstana səfəri ilə əlaqədar səlahiyyətlərini vitse-prezidentə təhvil vermişdi.