21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyədə seçicilərin 78,11 faizi iştirak edib

01.04.2024


Martın 31-idə Türkiyədə yerli özünüidarə orqanlarına keçirilən seçkilərində vətəndaşların 78,11 faizi iştirak edib.

Bunu Türkiyə Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yener seçkilərin nəticələrinə dair açıqlamasında deyib.

Bildirilib ki, rəsmi olmayan nəticələrə görə, böyük şəhər bələdiyyələri üzrə səslərin 99,99 faizi hesablanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 35, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 24, Xalqların Bərabərliyi və Demokratiyası Partiyası 10, Milliyyətçi Hərəkat Partiyası 8, Yenidən Rifah Partiyası 2, Böyük Birlik Partiyası 1, İyi Partiya 1 bələdiyyə sədrliyini qazanıb.

Otuz böyük şəhər üzrə CHP-nin 14, AK Partinin 12, Xalqların Bərabərliyi və Demokratiyası Partiyasının 3, Yenidən Rifah Partiyasının isə bir namizədi bələdiyyə sədri seçilib.

YSK sədri qeyd edib ki, bəzi xoşagəlməz hadisələr istisna olmaqla, seçkilər sakit və təhlükəsizlik şəraitində keçirilərək yekunlaşıb.