"Bakı-Tbilisi-Qars layihəsi realpolitikin nəticəsidir"
14.03.2024
Uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi İpək yolunun tərkib hissəsi olmaqla yanaşı, realpolitikin nəticəsidir.
Bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri , Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
Həyata keçirilən layihə nəticəsində regionda savaş əvəzinə, iqtisadi əməkdaşlıq yarandı deyən B.Yıldırım qeyd edib: "Biz bu layihə ilə regiona sabitlik gətirdik. Bu da dünya miqyasında yaxşı bir nümunə ola bilər”.