NATO-dan bəyanat: Rusiya və ABŞ müzakirəsi vacibdir
27.11.2018
Rusiya və ABŞ Orta və Yaxın Mənzilli Raketlərin ləğvi razılaşması ilə bağlı müzakirələrə başlamalıdır.
"Dövran Media" xəbər verir ki, bu sözləri NATO baş katibinin köməkçisi Rouz Hötemüller deyib.
"Mən Rusiyanın bu müqavilə ilə bağlı dialoqa başlamasını məmnuniyyətlə qarşılayardım”, - deyə Hötemüller bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin 1987-ci ildə imzalanmış bu müqavilədən çıxacağını bəyan etmişdi.