21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Müharibə yaxınlaşır, Bakı istifadə edəcək "

29.01.2024


Ermənistan son dərəcə çətin vəziyyətdədir, region genişmiqyaslı müharibə ərəfəsindədir. Bölgədə genişmiqyaslı müharibə başlayır. Bu gün İran, Pakistan, Yəmən, Suriya, Livan, İraq, İsraildə atışma səsləri gəlir, onların yanında ABŞ və Böyük Britaniya dayanır.

Bu fikirləri Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

"Bütün bu atışmaların hədəfi İrandır. İsrail ABŞ-ı İrana qarşı müharibəyə cəlb etmək üçün hər şeyi etməyə çalışır. Orada müharibə başlasa, bizi tamamilə unudacaqlar və bu, Azərbaycanın Ermənistana "hücumu” üçün əlverişli imkan yaradacaq, Bakının məqsədlərinə çatmasını təmin edəcək”, - o bildirib.

Xaçikyanın sözlərinə görə, Bakı 2020-ci ildə və 2023-cü ildə məqsədlərinə çatmaq üçün artıq iki dəfə güc üsullarına cəhd edib:

"Qərbin Ermənistana qarşı təcavüzə yol verməyəcəyi ilə bağlı bəyanatları vədlər səviyyəsində qalacaq, hansısa təsirli addım atılmayacaq. "Artsaxın” ermənisizləşdirilməsindən əvvəl davamlı olaraq Qərbdən onun etnik təmizləməyə imkan verməyəcəyi, etnik təmizləmənin fəsadlara səbəb olacağı barədə bəyanatlarını eşitmişik. Və sonda nə oldu? Heç nə. İndi də belə olacaq. Azərbaycan praktikada əmin oldu ki, Qərb təhdid və bəyanatlardan o yana getməyəcək”.