İran həbsxanasında ciddi qarşıdurma
29.01.2024
Kərəc şəhərinin Qızılhisar həbsxanasında məmurlarla məhbuslar arasında qarşıdurma olub.
Bu barədə İrandan insan haqları fəalları məlumat yayıb.
Qarşıdurma məhbusların son günlər Qızılhisar həbsxanasında siyasi məhkumların edam edilməsinə etiraz etməsindən sonra baş verib.
Bildirilib ki, qarşıdurma nəticəsində yaralananlardan 5-nin kimliyini dəqiqləşdirmək mümkün olub.
Afşin Baymani və Saman Yasin adlı məhbuslar ağır yaralanıb, komaya düşdükdən sonra həbsxanadan kənar xəstəxanaya köçürülüblər.
Həbsxanaya xüsusi təyinatlı qüvvələr yeridilib.