Rəqəmsal inkişaf və nəqliyyat naziri Xızıda vətəndaşlarla görüşəcək
01.08.2023
Avqustun 7-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xızı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri ilə görüşəcək.
qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula avqustun 4-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (
[email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.