Ərdoğan Azərbaycanın xarici işlər nazirini qəbul edib
01.08.2023
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.