Çin və BƏƏ hava qüvvələrinin ilk birgə hərbi təlimi keçiriləcək
31.07.2023
Çin və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələri avqust ayında ilk dəfə birgə hərbi manevrlər keçirəcək.
Bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimlər Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində keçiriləcək.
Təlimlər cari il üçün ikitərəfli ordulararası əməkdaşlıq planına uyğun olaraq reallaşacaq. "Bu, Çin-BƏƏ hava qüvvələrinin ilk təlimidir və iki dövlətin silahlı qüvvələri arasında praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlib", - məlumatda deyilir.
Bildirilir ki, manevrlər qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə töhfə verəcək.